İranda erməni hərbçilərini tapmadılar

İranda erməni hərbçilərini tapmadılar

Dağlıq Qarabağda hərbi əməliyyatların getdiyi günlərdə İran ərazisinə adladığı iddia edilən erməni hərbçiləri barədə məlumat təsdiqini tapmayıb.

Virtualaz.org bildirir ki, bu barədə Facebook-da Ermənistan-İran parlamentlərarası dostluq qrupuna rəhbərlik edən Ermənistan parlamentinin üzvü Mxitar Ayrapetyan yazıb.

“Sputnik Ermənistan” xəbər verir ki, son bir neçə gündə M.Ayrapetyan Ermənistan-İran əlaqələri üzrə bəzi tərəfdaşları ilə telefon danışıqları aparıb, onlar da əvvəllər mediada və sosial şəbəkələrdə yayılan məlumatları təsdiqləməyiblər.

Xatırladaq ki, "İrandakı erməni hərbçiləri" barədə məlumat ortaya çıxdıqdan sonra hərbçilərin ailə üzvləri Yerevandakı İran səfirliyinin yanında toplaşmağa başlamışdılar. Noyabrın 20-də səfirlik bu məlumatı təsdiq edə bilməyəcəyini söyləmiş, ancaq onu araşdıracağına söz vermişdi...

 

Mənbə: virtualaz.org