Paytaxt küçələrində qələbə yürüşü - VİDEO

Paytaxt küçələrində qələbə yürüşü - VİDEO

100-lərlə şəhər sakini 50-dən çox avtomobillə paytaxtın müxtəlif istiqamətlərində yürüşə çıxdılar. 27 ildir ki, bu günü gözləyən yürüş iştirakçılarının sevincinin həddi-hüdudu yox idi.

Ali Baş Komandan, Prezident İlham Əliyevin Kəlbəcərin işğaldan azad olunması ilə bağlı xalqa müraciətindən sonra paytaxt sakinləri Heydər Əliyev Mərkəzinin qarşısından qələbə yürüşünə start verdilər

Avtomobillərin üzərinə Azərbaycan, Türkiyə və Rusiya bayraqları asmış yürüş iştirakçıları “Kəlbəcər azaddır”, “Qarabağ Azərbaycandır!” şüarları səsləndirdilər.

Paytaxt sakinləri Heydər Əliyev Mərkəzinin qarşısından Şəhidlər xiyabanı istiqamətində yürüş etdilər. Bir neçə dövrə vuran aksiya iştirakçılarına yol kənarında dayanan sakinlər də dəstək verdilər.

Xatırladaq ki, Kəlbəcər rayonu 1993-cü ilin aprelin 2-də Ermənistan Silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Sentyabrın 27-dən başlayan və 44 gün davam edən 2-ci Qarabağ mügaribəsindən sonra Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri tərəfindən noyabrın 10-da imzalanan sənədə uyğun olaraq qayonun qaytarılmasına qərar verilib.

Müqaviləsinə əsasən bu gün Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil verib.

 

Mənbə: www.realtv.az