İrəvanda ölüm orucu: Aclıq edənlərin sayı artır – Paşinyana etiraz

“Ağrıyaraq sizə xəbər verirəm ki, bütün çağırışlara baxmayaraq, 2008-ci ildə vəfat edən Andranik Kirakosyanın anası Anahit Kirakosyan da aclıq aksiyasına qoşulmağa qərar verib”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Daşnaksütyun” partiyasının nümayəndəsi Geqam Mankyan məlumat verib.

Xatırladaq ki, bundan əvvəl “Daşnaksütyun”un nümayəndəsi, “Yerkir Media” telekanalının informasiya və analitik xidmətinin direktoru Geqam Manukyan Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə müddətsiz aclıq aksiyasına başlayıb.

Konstitusiya Məhkəməsinin keçmiş üzvü Kim Balayan da dünən aclıq aksiyasına qatılıb. O, Paşinyanın məhkəmədə mühakimə olunmasını tələb edir.

 

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Bu, Prezidentin məntiqli siyasi iradəsi ilə mümkün oldu - Şərh

SONRAKI XƏBƏR

Qubada yoluxanların xəstəxanaya aparılması üçün xüsusi maşınlar ayrılıb