Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısında Azərbaycanla bağlı müzakirə keçirilib

Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısı keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, 4 saat yarım davam edən toplantından sonra yayılan açıqlamada bildirilib ki, 8 bənd üzrə müzakirə olunan məsələlər arasında Qarabağla bağlı son hadisələrə də yer verilib: “Bu çərçivədə imzalanan atəşkəs razılaşmasının həyata keçirilməsi, Azərbaycanın ərazi bütövlüyünün tamamilə bərpası, Cənubi Qafqazda , geopolitik vəziyyət, daimi sülhə nail olunması məsələlərində Türkiyənin rolu barədə geniş müzakirələr aparılıb”.

 

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Kədərli tarixin sevincli günü - VİDEO

SONRAKI XƏBƏR

Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb