İsrailə casusluqda ittiham olunan avstraliyalı 3 iranlı ilə dəyişdirilib

İsrailə casusluqda ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilən avstraliyalı Kayli Mur Gilbert digər ölkələrdə müxtəlif ittihamlarla həbs olunan 3 iranlı ilə dəyişdirilib.

APA-nın Tehran bürosunun məlumatına görə, 31 yaşlı Kayli Mur Gilbert 2 il öncə həbs olunmuş və 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

İran Dövlət Televiziyası xanım Kayli Mur Gilbertlə dəyişdirilən 3 iranlının kimliyini açıqlamayıb.

 

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Yoluxma artır: Xəstəxanalarda yer yoxdur - VİDEO

SONRAKI XƏBƏR

Bir qrup Pamukkale sakini Prezident İlham Əliyevə məktub yazdı