Daha bir erməni diversiyası AZƏRBAYCAN HÖKUMƏTİNDƏN SƏRT REAKSİYA

Bir müddət əvvəl Ermənistanın “Mediaport” telegram kanalı Azərbaycanın Silahlı Qüvvələrinə qarşı təxribatçı informasiya yaymışdı. Bunun ardınca iftiranı Ermənistan KİV-ləri də qamarlayıb tirajladılar.

Virtualaz.org mesajda göstərilənləri dəyişiklik etmədən, orfoqrafiya və punktuasiyanı saxlamaqla dərc edir: "Bu günlərdə Dağlıq Qarabağda olan müstəqil britaniyalı rejissor Emil Hessen azərbaycanlıların saxta Rusiya forması geyindiklərini və erməni tərəfinin nəzarətində olan ərazilərə soxulmağa çalışdıqlarını bildirib. Onlardan birini tutmaq mümkün olub".

Virtualaz.org şərh üçün Azərbaycanın rəsmi hakimiyyət orqanlarına müraciət edib. "Biz təəssüf edirik ki, Ermənistan tərəfi belə alçaq və mənfur təxribatlara əl atmağa başlayıb. Amma görünür, onların darmadağın edilmiş silahlı qüvvələrinin arsenalında başqa silah qalmayıb", - deyə Azərbaycan hökumətindən bildiriblər.

 

Virtualaz.org

ƏVVƏLKİ XƏBƏR

Fransanın dünyanı heyrətdə qoyan bəşəri cinayətləri - FAKTLAR

SONRAKI XƏBƏR

Şənbə-bazar insanların çölə çıxmasına qadağa qoyulur? - professordan AÇIQLAMA