"Fransa Senatı yaxşı bilir ki, qəbul etdiyi sənəd başdan-ayağa absurddur" - AÇIQLAMA

Fransa Senatında qəbul olunan sənəd layihəsi ilə bağlı qətiyyən narahat olmayın. Parlamentin Yuxarı Palatası olan Senatın qəbul etdiyi layihənin (bu, hələ qətnamə-filan hesab edilmir) sonu dalana dirənəcək”.

KONKRET.az xəbər verir ki, bu sözləri beynəlxalq hüquq eksperti Səyyad Məcid özünün facebook səhifəsində bildirib. Onun sözlərinə görə, Fransa Konstitusiyasına görə, qanun layihəsinin sonrakı oxunuşları, uzun müddət palatadan palataya ötür-otür tendensiyasının olma ehtimalı var.

“Yuxarı və aşağı palatanın razılığı olmadan bu layihə qanun qüvvəsinə malik ola bilməz. Bundan əlavə, hökumətlə razılıq olmadan yenə də qanun mövcud ola bilməz. Daha sonra hüquqi prosedurlara görə, promulqasiya üçün hökumətin baş katibi, nazirlərin imzaları, prezidentin zəif veto hüququ, Konstitusiya şurasının rəyi və s. zəruridir. Bu isə gərgin və uzun bir zaman tələb edən prosedurdur. O vaxta qədər Qarabağ tam erməni təcavüzündən azad olunacaq… sonra isə olmayan şeyi ha tanısınlar… Qarabağ Azərbaycandır! Əsl qət olunan fikir və qətnamə budur”, – deyə ekspert vurğulayıb.

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Şənbə-bazar insanların çölə çıxmasına qadağa qoyulur? - professordan AÇIQLAMA

SONRAKI XƏBƏR

"Paşinyanı iti qovan kimi qovduğumuz kimi onları da qovmaq lazımdır..."