Ermənilər dərə-təpələrdən cəsəd yığmaqda davam edirlər

Ermənilər dərə-təpələrdən cəsəd yığmaqda davam edirlər

Qarabağın dağlıq hissəsində hələ də fəaliyyət göstərən qanunsuz və oyuncaq rejim 44 günlük müharibədə ölən hərbi qulluqçuların axtarışını Xocavənd və Ağdərədə davam etdirir.

Erməni mənbələri xəbər verir ki, artıq Şuşa ətrafında analoji axtarışlar dayandırılıb. Göstərilən istiqamətlərdə həlak olan erməni hərbçilərin meyitlərinin axtarışı başa çatandan sonra xilasedicilər Füzuli və Hadrut istiqamətində işə başlayacaqlar.

Axtarışları Azərbaycan tərəfi də öz nəzarətində olan bölgələrdə aparacaqlar.

Bu əməliyyatlarda Rusiya sülhməramlıları da iştirak edir.

Mənbə: cia.az