Şimali Koreya "möcüzəsi": Ölkə koronavirusla necə mübarizə aparır? - MÜSAHİBƏ

Şimali Koreya "möcüzəsi": Ölkə koronavirusla necə mübarizə aparır? - MÜSAHİBƏ

Koreya Xalq Demokratik Respublikası bildiyiniz kimi adi bir ölkə deyil. Hökumət koronavirusun yayılmasının qarşısını ala bildiyini iddia edir. Onlara etibar edə bilərikmi? Rusiya Elmlər Akademiyası Uzaq Şərq İnstitutunun Koreya Tədqiqatları Mərkəzinin elmi işçisi Lada Semina müşahidələrini "Pravda" qəzeti ilə bölüşüb. Müsahibəni oxucularımıza təqdim edirik

Şimali Koreya və onun koronavirusla mübarizəsi

- Şimali Koreyada koronavirusla əlaqəli vəziyyət necədir? Bu yaxınlarda Amerikanın "The National Interest" jurnalı orada siqaret çəkənlərin çox olduğunu və bunun sayəsində COVID-in hava damcıları ilə asanlıqla yoluxduğunu yazdı. Birbaşa Şimali Koreyanın problemləri ilə məşğul olan bir insan kimi nə deyə bilərsiniz?

- Şimali Koreya bu cəhətdən də maraqlıdır, çünki rəsmi olaraq orada heç bir koronavirus hadisəsi yoxdur. İndi dünyada 9 belə ölkə var: Şimali Koreya, Türkmənistan və bir neçə ada dövləti. Adalar təcrid olunmuşdur, Şimali Koreya isə Çinlə də həmsərhəddir və Pekin əsas ticarət və siyasi tərəfdaşıdır. Pandemiya başlandığı vaxt virusun yayılmasına 2-ci ölkə isə Cənubi Koreya idi. Yəni, dövlət bir anda 2 episentrlə əhatə olunmuşdu.
Məsələ mübahisəlidir, çünki unikal ölkədir, bu barədə məlumat əldə etmək çətindir. Məlumatlarda tez-tez ziddiyyətlər olur. Əsas ölkə mediasıdır (çox təbliğatçıdır) və xarici mediadır, hansı ki, həmişə orada problemlər tapmağa çalışır. Kimin nəyi nə üçün və nəyə əsasən dediyinə baxmaq lazımdır.
Məlum olmayan mənbələrə tez-tez istinad edilir, bu da saxta olmasının göstəricisidir. Məsələn, Kim Çen In-ın koronavirusdan öldüyü, bir neçə dəfə dəfn edildiyi barədə məlumatlar yayıldı. Ancaq şox keçməmiş aydın oldu ki, bütün bunlar həqiqətdən uzaqdır.

- Bacısını rəhbər vəzifələrə təyin etdiyini də dedilər…

- Bəli, belə saxta məlumatlar da var idi. Ona görə də, deyilənlər dərhal 100-ə, hətta 200-ə bölünməlidir, çünki hər şey o qədər şişirdilir. Mövcud vəziyyətdən danışarkən dolayı işarələrə baxırıq, məsələn, ölkədə müşahidəçiləri olan Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına. Bu məlumatlara görə isə, Şimali Koreyada COVID üçün heç bir test pozitiv çıxmadı.

- Ümumiyyətlə nə qədər etibar edə bilərsiniz? Qapalı dövlət, turist yoxdur, özləri çox səyahət etməzlər. Xatırlayıram ki, Meksikada bir vaxtlar prezident belə demişdi: "Ölkəmizdə yalnız varlılar koronavirus xəstəliyindən əziyyət çəkirlər, çünki səyahət edə bilirlər, amma kasıb bir adam heç yerə gedə bilməz". Sözləri təkzib edildi, çünki təkcə varlı meksikalılar xəstələnmədilər.

- Şimali Koreyada turizm aktiv şəkildə inkişaf edir və əla kurortlar var. Çinli turistlər çoxdur. Çində virus haqda məlumat çıxan kimi Şimali Koreya bütün ölkələrlə bütün sərhədləri, quru, hava və dəmir yolu əlaqələrini bağladı. Çox kiçik bir həcmdə yükdaşıma nəqliyyatının hərəkəti saxlandı. Rəhbərlik başa düşür ki, ölkəyə virus daxil olandan sonra onunla mübarizə aparmaq çox çətindir.
Çətin iqtisadi vəziyyətə baxmayaraq, ölkə öz təhlükəsizliyi üçün riskə getməyərək sərhədləri bağlanmışdı. Çinlə ticarət demək olar ki, 70% azaldı. Ölkəyə gələnlər üçün karantin 30 günə qədər artdı. Üzərinə mal daşıyan insanlar da karantinə yerləşdirilir. Maksimum dezinfeksiya tədbirləri görülür.
Ancaq başqa bir sual ortaya çıxır. Belə düşünmək olar ki, orada hər halda nəsə bir şey var, çünki bu cür ciddi tədbirlər görülür. Distant təhsil isə ən sonda tətbiq olundu. Bundan əlavə, heç kim qripi, SARS və digər xəstəlikləri ləğv etməyib. Xəstə şəxsin sərhədlər bağlanmadan əvvəl bir şəkildə koronavirus yoluxduğunu və ya sadə bir SARS olduğunu söyləmək çətindir.

Dəmir intizam

- Onların da maska və məsafə rejimi varmı?

- Bəli, eyni zamanda ümumi dezinfeksiya edilir- nəqliyyatda, ictimai yerlərdə. Hərbi rejimdəki bütün tikiş müəssisələri maska istehsalına keçdi. 10 oktyabrda Koreya İşçi Partiyasının 75 illiyi şərəfinə nəhəng bir parad keçirildi. Demək olar ki, heç kimin maskası yox idi. Kim Çen In-ın nə fotoşəkildə, nə də videokadrlarda heç vaxt maska taxdığı görülməyib.

- Bəs digər liderlər?

- Periyodik olaraq görünür. Gündəlik həyatdan fotoşəkildə, maskalı insanlar…hərçənd bəzi mütəxəssislər onların çoxunun fotoşop olduğunu söyləsələr də. İstiliyi hər yerdə ölçürlər, bir şey varsa dərhal karantinə götürürlər. Çox intizamlı bir xalqdır, bununla bağlı problem yaranmır. Onlara evdən kənarda yemək yeməməyi məsləhət gördülər- bunu etmirlər, hətta, təbiət qoynunda bunu məsləhət etsələr də.

- Pandemiyanın bazarda ortaya çıxdığı iddia edilir. Koreyada yemək Çinlə eynidır. Eyni cür heyvanlardan da istifadə edirlər.

- Fərqli bir pəhrizləri var. Koreyalılar yarasaları yemirlər, xüsusən kifayət qədər məhdud qidalanma variantları var. Niyə viruslar tez-tez Çindən gəlir? Siz haqlı olaraq ərzaqların tez-tez antisanitariya şəraitində bazarlarda satıldığına işarə etdiniz. Təbiətdə rast gəlmədikləri vəhşi heyvanlar da daxil olmaqla, virus tez mutasiya edə və nəticədə insanlara yoluxa bilər. Ancaq Koreyada belə bir şey yoxdur. Bu səbəbdən də Şimali Koreya bu cür xəstəliklərin episentri deyil, bu, Çinin problemidir.

- Bəs həkimlər bu barədə nə düşünürlər? Bəlkə elmi jurnallarda nəsə yazılır?

- Həkimlərin nə düşündüyünü demək çox çətindir. Şimali Koreyadan qaçan bir həkimlə bir müsahibə var, orada həkimlərin yaxşı olduğunu, onların çox olduğunu, ancaq testlərin və fərdi qoruyucu vasitələrin çatmadığını söyləyir. Ancaq 2012-ci ildə oradan qaçdı. Burada düşünməyə dəyər ki, qaçan şəxs əlbəttə, KXDR-də hər şeyin pis, Cənubi Koreyada yaxşı olduğunu söyləyəcək.
Beləliklə, KXDR-in sanksiyalar altında olduğunu və avadanlıq almaq üçün kifayət qədər vəsait və fürsət olmadığını nəzərə alaraq, yalnız ölkəni bağlamaq qalırdı. Yeterli diaqnostik vasitə, ventilyasiya aparatı olmaya bilər.
Burada rəqəmləri kommunist keçmişi olan Çin və Vyetnamla və kapitalist Yaponiya və Cənubi Koreya ilə müqayisə etmək maraqlıdır.
Şimali Koreyada 2017-ci il məlumatına görə hər 10 min əhaliyə 36,83 həkim düşür. Bu, Fransada olduğu kimi əslində böyük bir rəqəmdir. Cənubi Koreyada isə bu, 23.61 təşkil edir. Rusiyada bir az daha çoxdur- 37.49. Yəni, orada həqiqətən kifayət qədər həkim var.
Çində 1 milyon nəfərə 59 xəstə düşür. Vyetnamda hər 1 milyon nəfərə 11 xəstə var. Bildiyimiz kimi, Şimali Koreyada bu 0-dır. Cənubi Koreyada 485. Yaponiyada- 710. Rusiyada isə hər 1 milyon əhaliyə 9 mindən çox.
Yəni, belə sistemlərdə virusun yayılmasından qaçmaq daha yaxşıdır, çünki ağır xəstələri vəziyyətdən çıxartmaq daha çətindir, bunun üçün lazımi qədər imkan yoxdur.

Müsahibə götürən: İqor Bukker
Tərcümə edən: Elçin Bayramlı

Mənbə: sia.az