Fransızlar bilməlidirlər ki, Azərbaycan üçün onlar heç kimdir- DEPUTAT

Fransızlar bilməlidirlər ki, Azərbaycan üçün onlar heç kimdir- DEPUTAT

"Fransa senatı utancverici və qərəzli qətnaməni qəbul etdi. Qətnamədə Fransa senatı Fransa hökumətinə Qondarma "Dağlıq Qarabağ" qurumunu tanınmasını tövsiyə edir. Həm də Azərbaycanı Qarabağa qarşı hərbi aqresiyada ittiham edirlər. Bu nə demək idi, heç nə başa düşmədim. Azərbaycan dünya tərəfindən tanınmış öz ərazi bütövlüyünü bərpa edir. 28 il icra olunmayan BMT TŞ-nın qətnamələrini özü icra edir, Fransızlar isə bizi aqressor adlandırırlar"

Bunu Sonxeber.az-a deputat Azər Badamov Fransa senatının qeyri- obyektiv qərarından danışarkən deyib:

"Ermənilər Azərbaycan torpaqlarının 20%-ni işğal, 1 milyon soyadaşımızı qaçqın-köçkün, mülkü insanların əmlaklarını məhv edəndə, bizə qarşı soyqırımlar törədəndə, işğal etdiyi torpaqlarda ekoloji fəlakətlər törədəndə Fransa senatının gözü bunları görmürdü? Yoxsa fransızlar bizi insan hesab etmir? Öz əlləri afrikalıların qanına batmış, milyonlarla insanı soyqırıma məruz saxlamış fransızların bu hərəkəti bir daha onu deməyə imkan verir ki, onlar özlərini hamıdan üstün hesab edirlər. Fransızlar bilməlidirlər ki, Azərbaycan üçün onlar heç kimdir. Xüsusilə, o senatorların ermənilərin girovuna çevrilməsi Fransa senatının oyuncaq qurum olduğunu sübut etdi və bizim üçün o qətnaməyə imza atanlarla ermənilər arasında heç bir fərq yoxdur. Erməni lobbisinin əsirinə çevrilmiş Fransa senatından ayrı bir hərəkət gözləmirdim. Çünki, Fransa bu illər ərzində Minsk Qrupunun həmsədri olaraq münaqişənin sülh yolu ilə həll olunmasına töhvə verməli idi, amma biz bunun əksini gördük.

Fransa çalışdı ki, münaqişə donmuş vəziyyətdə qalsın və işğal həmişəlik davam etməklə Azərbaycanı mövcud status kvoyla razılaşdırsın. Təbii ki, bu Fransanın indi bilinən mövqeyidir. Qəbul olunmuş qətnamə heç də Fransa hökumətinin müəyyənləşdirəcəyi siyasəti demək deyil. Əgər Fransa hökuməti senatın qəbul etdiyi qətnaməsinə uyğun addım atmalı olarsa, Azərbaycan da öz beynəlxalq hüququndan istifadə edərək Fransanın həmsədrliyindən imtina etməli, Fransa-Azərbaycan əlaqələrinə yenidən baxmalı olduğumuzu düşünürəm".

Şəlalə Babayeva

Mənbə: sonxeber.az