“Ölkəyə daxil olan sülhməramlılarla bağlı hüquqi baza yaradılsın”

“Ölkəyə daxil olan sülhməramlılarla bağlı hüquqi baza yaradılsın”

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

“Qafqazinfo” xəbər verir ki, müzakirədə iştirak edən deputat Fəzail Ağamalı bildirib ki, Vətən müharibəsində Tərtər, Gəncə və Bərdə şəhərləri böyük qəhrəmanlıq nümayiş etdirib: “Orada yaşayan soydaşlarımız böyük iradə nümayiş etdirib sona kimi qalıblar. O şəhərlərə hansısa adın verilməsi mümkündürmü?”.

Komitə sədri Əli Hüseynli bildirib ki, deputatların bu kimi təkliflərinə baxılır: “Biz bunları qanunverici təşəbbüs subyektinə çatdırmışıq. Bunların bir qismi qanunla, bir qismi isə fərmanla həll edilə bilər”.

Deputat Qüdrət Həsənquliyev isə çıxışında Amnistiya aktının qəbul edilməsini, həmçinin ölkəyə daxil olan sülhməramlılarla bağlı hüquqi baza yaradılmasını da təklif edib.

Günel Türksoy

Mənbə: qafqazinfo.az