İrana və Türkiyəyə qarşı şok anlaşma – Gizli görüşün detalları açıqlandı

İrana və Türkiyəyə qarşı şok anlaşma – Gizli görüşün detalları açıqlandı

İsrail Baş naziri Binyamin Netanyahu və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında Neom şəhərində keçirilən gizli görüşlə bağlı yeni detallar ortaya çıxmağa davam edir.

Teleqraf.com xəbər verir ki, görüşün təfərrüatlarını İsrailin “Hayom” qəzetinə açıqlayan Səudiyyə rəsmiləri gizli görüşdə ABŞ-ın yeni Bayden administrasiyası və İrana qarşı qurulacaq yeni ittifaq daxilində birgə mübarizənin aparılmasının müzakirə edildiyini bildiriblər.

Görüşdə ABŞ-ın yeni Prezidenti Co Baydenin hazırda İranla yeni bir nüvə razılaşması hazırladığını və Riyadın bunun qarşısını almağı düşündüyü deyilib.

Eyni zamanda, Riyadın İsraili İran təhdidinə qarşı ən vacib müttəfiq kimi gördüyü də qeyd olunub.

Məlumatda vəliəhdin ABŞ-dakı jurnalist Camal Qaşıqçı dosyesi üçün İsrailin dəstəyini istədiyi bildirilib. Eyni zamanda, tərəflər arasında Türkiyənin bölgədəki fəaliyyətinin azaldılmasına dair birgə tədbirlərin görülməsi məsələsinin müzakirə olunduğuna diqqət çəkilib.

Mənbə: teleqraf.com