Yuri Rubinski: "Senatın qərarını dəstəkləmək Fransa üçün ciddi problemlər yarada bilər"

Yuri Rubinski: "Senatın qərarını dəstəkləmək Fransa üçün ciddi problemlər yarada bilər"

“Ermənistana simpatiya Fransa cəmiyyətində, xüsusən də solçu siyasi əqidə vətəndaşları arasında kifayət qədər geniş yayılıb. Bu, ermənilərin kütləvi şəkildə Fransaya köçməyə başladığı soyqırımı qurbanlarına simpatiya və iki ölkə arasındakı ortaq mədəni əlaqələrlə izah edilə bilər. Ermənistan Frankofoniya təşkilatının üzvüdür. Bu quruluş Fransa ilə yaxın tarixi əlaqələri olan dövlətləri birləşdirir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Rusiya Elmlər Akademiyası Avropa İnstitutu Fransız Araşdırmaları Mərkəzinin rəhbəri Yuri Rubinski “Nezavisimaya qazeta”ya müsahibəsində səsləndirib. Politoloq daha sonra deyib: ”Fransızlar Qarabağ probleminə Türkiyə ilə son zamanlar kəskin şəkildə gərginləşən münasibətlər prizmasından baxırlar. Liviya və Şərqi Aralıq dənizində iki ölkənin maraqları toqquşur. Rəsmi Ankaranın Fransa müsəlmanları arasında nüfuzunu möhkəmləndirmək cəhdləri də Parisdə mənfi reaksiya doğurdu”.

Yuri Rubinski daha sonra deyib: ”Bu, Fransanı Qarabağ probleminin Ermənistanın xeyrinə həll olunmasında ən azından simvolik olaraq fəal iştiraka sövq edir. ATƏT-in Minsk Qrupunun sülh danışıqlarında ikinci dərəcəli rol oynaması Fransa üçün mənfi bir şeydir. Rusiya ilə münaqişə tərəfləri və Türkiyə arasında yaranan isti münasibət Parisi kifayət qədər qıcıqlandırır. O mövqelərin açıq şəkildə əlaqələndirilməsi qarşısında bu rolunu gücləndirməyə çalışır. Bu məqsədlə digər məsələlər Senatın qərarı vasitəsilə həyata keçiriləcək”.

Politoloq sonda bildirib ki, “Əslində, Fransa Senatının qəbul etdiyi sənəd məsləhət xarakterlidir. Onun hüquqi icrası yoxdur. Bu sənəd daha çox erməni lobbisinin könlünü almağa hesablanıb. O ki qaldı Fransanın Qarabağın müstəqilliyini tanıması məsələsinə. Bu o qədər də sadə məsələ deyil. Belə bir qərar Fransanın beynəlxalq aləmdə imicinə ciddi xələl gətirər. Eyni zamanda, ziyan görən tərəf yalnız ermənilər olar”

Surxay Atakişiyev

Mənbə: konkret.az