Sülhməramlılarla bağlı yeni qanun qəbul edilsin - Həsənquliyevdən TƏKLİF

Sülhməramlılarla bağlı yeni qanun qəbul edilsin - Həsənquliyevdən TƏKLİF

“Azərbaycan əldə etdiyi böyük qələbə münasibəti ilə ölkədə həmrəyliyin daha da möhkəmlənməsi məqsədilə Amnistiya aktı qəbul etsə, daha yaxşı olar”.

Publika.az xəbər verir ki, belə bir təkliflə millət vəkili Qüdrət Həsənquliyev çıxış edib.

Millət vəkili eyni zamanda ölkəyə sülhməramlıların dəvət edilməsi ilə bağlı xüsusi qanunun qəbul edilməsini və ya mövcud qanunvericiliyə dəyişiklik edilməsini təklif edib.

Onun fikrincə, Azərbaycana sülhməramlıların dəvət edilməsi üçün Milli Məclisin razılığı olmalıdır.

Qüdrət Həsənquliyev bildirib ki, Azərbaycan istər xarici ölkəyə, istərsə də ölkəyə sülhməramlı dəvət edə bilər və qanunvericlik buna yol verir: “Ancaq ölkəyə hər hansı ölkənin və ya beynəlxalq təşkilatın sülhməramlısının dəvət edilməsini nəzərdə tutan qanun mövcud deyil. Necə ki, xarici ölkəyə sülhməramlı göndərəndə Milli Məclisin razılığı əldə edilirsə, ölkəyə dəvət ediləndə də parlamentin razılığı olmalıdır”.

Mənbə: publika.az