Azərbaycan Fransa ilə diplomatik əlaqələrinə son qoymalıdır? – AÇIQLAMA

Azərbaycan Fransa ilə diplomatik əlaqələrinə son qoymalıdır? – AÇIQLAMA

Məlum olduğu kimi, Fransa Senatının Dağlıq Qarabağ qondarma rejimi tanıması ilə bağlı istər Azərbaycanın Prezident Administrasiyası, istərsə də Xarici İşlər Nazirliyi səviyyəsində reaksiyalar verilib.

Bu məsələ ictimaiyyətin də ciddi narazılığına səbəb olub.

Fransa ilə bütün diplomatik əlaqələrin kəsilməsi, o cümlədən də Fransanın “Total” neft-qaz korporasiyasının Azərbaycandakı bütün neft-qaz layihələrindən kənarlaşdırılması ilə bağlı təkliflər var.

Azərbaycan Fransa ilə diplomatik əlaqələrinə son qoymalıdırmı?

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycanın Fransa ilə bağlı hansı addımlar atacağı ölçülüb-biçildikdən sonra qərar verilməlidir:

“Əvvəlcə Fransaya nota verilməlidir. Fransadakı səfirimizin məsləhətləşmələr üçün geri çağırılmalıdır, Fransa hökumətilə müzakirələr aparılması üçün bu ölkəyə nümayəndə heyəti göndərilməlidir. Bu işi başlı-başına buraxmaq olmaz. Amma diplomatik əlaqələrin kəsilməsi mürəkkəb məsələdir. Azərbaycanla Fransa arasında böyük iqtisadi əlaqələr var. Doğrudur, ona alternativ tapmaq olar, amma hər halda birdən-birə kəskin addımların qəbul edilməsi effekt verməyə bilər. Yüz ölçülüb, bir biçilməlidir”.

Xatirə Nəsirova

Mənbə: cebhe.info