Yəmənli nazir İranla bağlı açıqlama verdi

Yəmənli nazir İranla bağlı açıqlama verdi

Eastnews.org-un verdiyi xəbərə görə, Yəmənin paytaxtı Sənadakı hökumətin Xarici İşlər naziri Hişam Şərəf İranla bağlı danışıb.

Nazir açıqlamasında bildirib ki, İran İslam Respublikası Yəməndəki siyasi və humanitar problemlərin həllində kömək edir.

"İran Yəmənə silah göndərmir. Bu işğalçıların və dəstəkçilərinin çirkin iddiasıdır", - deyə Hişam Şərəf diqqətə çatdırıb.

O qeyd edib ki, Yəmən hökuməti problemlərin həlli istiqamətində ciddi addımlar atacaq.

Mənbə: eastnews.org