“Burada oturan hər bir deputata şəhid ailələrindən məktublar gəlir. Məktublarda bildirilir ki, şəhidlərinin adı əbədiləşdirilsin, parklara, küçələrə, muzeylərə şəhidlərin adı verilsin. Amma bu mümkün olmur deyə şəhid ailələri bizdən inciyir, qəlbləri sınır”.
Cebhe.info xəbər verir ki, bunu millət vəkili Razi Nurullayev parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
R.Nurullayev şəhidlərin adının əbədiləşdirilməsi üçün təklif irəli sürüb: “Bakıda belə bir xatirə parkı yaradılsın. Hər bir şəhidin adı orada lövhədə əbədiləşdirilsin. Hesab edirəm ki, bu, çox vacib və əhəmiyyətli məsələdir. Bununla bağlı Nazirlər Kabinetinə də müraciət edəcəyəm və deputat həmkarlarımdan da dəstək istəyirəm”.
Parlament sədrinin birinci müavini Əli Hüseynli isə Razi Nurullayevə cavab olaraq bildirib ki, şəhid ailələri ilə bağlı məsələlər ən yüksək səviyyədə diqqətdə saxlanılır.
Vilayət Muxtar