Türk ordusu hərəkətə keçir: “Qan gölünə çevirmək istəyirlər” – Kritik qərar

Türk ordusu hərəkətə keçir: “Qan gölünə çevirmək istəyirlər” – Kritik qərar

"Türkiyə Silahlı Qüvvələri Suriyada yeni əməliyyatlara başlayacaq”.

Teleqraf.com xəbər verir ki, bunu türk ordusunun təqaüdçü zabiti, terrorizm və təhlükəsizlik mütəxəssisi Çoşqun Başbuğ deyib.

“Düşünürəm ki, yaxın vaxtlarda sərhədlərdə yeni əməliyyatlar başlayacaq. Demək olar ki, hər gün sərhədlərimizdən içəri sızmaq cəhdləri baş verir. Buranı qan gölünə çevirmək istəyirlər. Prezident Ərdoğan başına-başına döyəcəyimizi söyləyir. Əminəm ki, terror bataqlığını qurudacağıq, bu bataqlığı təmizləmək lazımdır”, - Başbuğ bildirib.

Onun sözlərinə görə, ABŞ və Rusiya üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirməyiblər:

“Davamlı olaraq prosesi uzadılar. Prezidentimiz Suriya ilə bağlı mesajlar göndərdi, amma heç kim bir addım atmadı. Bu baxımdan yaxın günlərdə bir əməliyyatın olacağını düşünürəm. İşi tamam başa çatdırmalıyıq. Düşünürəm ki, İraqda da mərkəzi hökumətlə yeni bir əməliyyat olacaq”.

Mənbə: teleqraf.com