Nursultan Nazarbayevin türk dünyasına inteqrasiyadakı rolundan bəhs edən konfrans - FOTO

Nursultan Nazarbayevin türk dünyasına inteqrasiyadakı rolundan bəhs edən konfrans - FOTO

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Beynəlxalq Türk Akademiyası Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında Qazaxıstan Respublikasının Birinci Prezidenti Gününə həsr olunmuş “Türk Dünyası və Elbaşı Fenomeni” adlı beynəlxalq konfrans keçirib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, tədbirdə dövlət və ictimai xadim, türkoloq, akademik Myrzatay Joldasbek, Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırali, Qırğızıstan səfiri Jeenbek Kulubaev, Türkiyə səfiri, Ufuk Ekidci, Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədov, Qazaxıstan Milli Elmlər Akademiyasının prezidenti Murat Jurinov, Qırğızıstan Milli Elmlər Akademiyasının prezidenti Murat Jumatayev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, Özbəkistan Respublikası Milli Elmlər Akademiyasının vitse-prezidenti Bəhrom Abduxalimov, eləcə də məşhur ictimai və dövlət xadimləri və alim-türkoloqlar iştirak edib.

Bu tədbir qardaş ölkələrin türk inteqrasiyasının memarı kimi yüksək qiymətləndirdikləri Elbaşı Nursultan Nazarbayevin tarixi roluna və irsinə, eləcə də türk dünyasının inkişafındakı xidmətlərini və töhfələrini populyarlaşdırmağa həsr edilib.

 

Mənbə: konkret.az