“Yüksək vəzifəli erməni məmurları saxtakarlıq edirlər” Arman Tatoyan

Arman Tatoyan, yüksək rütbəli məmurların fərqli, müxalif fikir sahibi olanlara cavab vermək üçün saxta səhifələr, profillər açdığını qeyd edib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ombudsman öz Facebook səhifəsində yazıb.

Ermənistanın Ombudsmanı Arman Tatoyan o cümlədən sosial şəbəkələrdə saxta səhifələrdən öz aparatına qarşı təşkil olunmuş hücumlar barədə də məlumat verib. Tatoyana bildirib ki, işçiləri bu saxtakarlıqların yüksək rütbəli məmurlar olduğunu müəyyən ediblər və bunun üçün kifayət qədər əsaslandırılmış məlumatları var.

“Monitorinqin nəticələrinə görə, məmurların bəziləri nifrət, təhdid və təhqir yaydıqları saxta səhifələr açırlar. İnsan Hüquqları Müdafiəçisinin fəaliyyətlərinə edilən hücumlar da daxil olmaqla, heç bir hüquqi əsası olmayan bu son dərəcə təhlükəli hərəkətləri dərhal dayandırması üçün bu məmurlara, şiddətlə xəbərdarlıq edirəm”, deyə Ombudsman bildirib.

Tatoyan, son iki ildə bu qanunsuz hərəkətlərin, bu saxtakarlığın geniş vüsət aldığını, sistematik və institusional xarakter daşıdığını təəssüflə vurğulayıb.

“Çiçəklənən Ermənistan” partiyasından olan millət vəkili Naira Zohrabyan da Tatoyanın açıqlamasına şərh yazıb.

“Cənab Tatoyan, göstərdiyiniz məmurlar hamımıza bu cür lənətlər yazırlar. Məşhur saxtakarlar ailələrimizə də təhdidlər edirlər. Bürokratik saxtakarlar haqqında danışmağa yalnız indi, yəni gec başladığınız üçün təəssüf edirəm.”deyə Naira Zohrabyan təəssüf hissini gizlətməyib.

Xatırladaq ki, Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyanın istefasını tələb etməyə davam edir.

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Yəmənli nazir İranla bağlı açıqlama verdi

SONRAKI XƏBƏR

Qənaət Əsədov: “Bu şanlı qələbə “30 illik həsrətə son” deyən Ali Baş Komandanımızın zəfər müjdəsidir!”