Şuşa yaxınlığındakı Kirs zirvələri kimin nəzarətindədir?..

Şuşa yaxınlığındakı Kirs zirvələri kimin nəzarətindədir?..

Ermənistan mənbələri iddia edir ki, Kirs dağı erməni hərbi qüvvələrinin nəzarətindədir. Söhbətin Böüyk Kirs, yoxsa Kiçik Kirsdən getdiyi açıqlanmır.

Moderator.az xəbər verir ki, bu haqda sosial şəbəkələrin erməni seqmentində məlumat və foto paylaşılıb.

Məlum olduğu kimi, noyabrın 9-da Milli Ordumuzun misilsiz əməliyyatı sayəsində Şuşa şəhəri erməni işğalından azad edilib. Ancaq yalnız rəsmi məlumatda nədənsə Xocalı rayonuna aid edilmiş Daşaltı kəndi istisna olmaqla Şuşa rayonunun heç bir məntəqəsi rəsmən azad olunmayıb. O cümlədən Kirs yüksəkliyi də azad olunmuş ərazilərin siyahısında deyil. Halbuki, Şuşaya, eləcə də Xankəndinə, Laçına, Füzuliyə, Hadruta nəzarət etmək üçün həmin zirvələr çox stratejidir.

Xatırladaq ki, Böyük Kirs - Azərbaycanda, Xocavənd və Şuşa rayonları arasında yerləşən dağdır. Qarabağ silsiləsinin ən hündür zirvəsidir. Orta Yuranın vulkanogen-çökmə suxurlarından ibarətdir. Azərbaycan mənbələrinə görə dağın hündürlüyü 2725 metrdir. Kiçik Kirs dağı isə Şuşa rayonundadır. Zirvəsinin hündürlüyü 2346 metrdir.

Sultan Laçın

Mənbə: moderator.az