Paşinyanın nazirləri Gürcüstana qaçmağa hazırlaşırlar - Məxfi danışıqlar / VİDEO

Paşinyanın nazirləri Gürcüstana qaçmağa hazırlaşırlar - Məxfi danışıqlar / VİDEO

Ermənistanda hakim komandanın üzvləri ölkəni tərk etmək üçün danışıqlar aparırlar.

Yenicag.az xəbər verir ki, Ermənistanın bir sıra nəşrləri baş nazir Nikol Paşinyanın hakimiyyət komandasında yüksək postlar tutan çox sayda məmurun ölkədən qaçmağa hazırlaşdığını yazıb.

Qeyd edilir ki, Paşinyan öz kabinetinin fəaliyyətdə olduğunu göstərməyə çalışsa da, məmurların əksəriyyəti bu “nikbinliyi” bölüşmür və öz aqibətlərini düşünürlər.

Məlumata görə, həmin məmurlar artıq qonşu ölkəyə keçmək üçün Gürcüstan rəsmiləri ilə gizli danışıqlar aparırlar.

O da bildirilir ki, vəzifədə olan məmurların bəziləri istefa vermək istəsələr də, Paşinyanın qisasından qorxduqları üçün bu addımı atmaqdan çəkinirlər.

Mənbə: yenicag.az