Paşinyan əsirlərin mübadiləsi ilə bağlı göstəriş verdi

Paşinyan əsirlərin mübadiləsi ilə bağlı göstəriş verdi

“Ermənistan hökuməti üçün mütləq prioritet Dağlıq Qarabağdakı müharibə zamanı itkin düşənlərin tapılması üçün axtarış işlərinin aparılması və əsirlərin mübadiləsindən ibarətdir”.

Cebhe.info-nun məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı belə deyib.

Ermənistan mətbuatının yazdığına görə, indiyə qədər əsir və itkin düşənlərin sayı barədə rəsmi məlumat yoxdur. Bu yaxınlarda Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan itkin düşənlərin sayının bir neçə yüz nəfərə çatdığını bildirmişdi. Daha sonra atəşkəsin elan edilməsindən sonra itkin düşən hərbçilərin siyahısının azaldığını söylədi.

İnsan hüquqları təşkilatları və ictimai strukturlar da Ermənistan hakimiyyətinin səylərindən narazıdır. Ermənistanın insan haqları müdafiəçisi bu yaxınlarda bəyanat verib. Hökumət əsirlərin mübadiləsi və itkin düşənlərin tapılması istiqamətində işlərə başlamalı olduğunu deyib.

“Ermənistan hökuməti əsir götürülmüş və itkin düşmüş şəxslərin geri qaytarılması və tapılması üçün birbaşa məsuliyyət daşıyır, onların adından müvafiq qurumlarla danışıqlar aparılır” - bəyanatda belə qeyd edilir.

Müşfiq Abdulla

Mənbə: cebhe.info