Lukaşenkodan Qarabağ açıqlaması

Lukaşenkodan Qarabağ açıqlaması

Rusiya Dağlıq Qarabağdakı münaqişənin həllində müsbət rol oynadı.

Publika.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Belarus Respublikası Prezidenti Aleksandr Lukaşenko deyib.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov ilə görüşən Lukaşenko Qafqaz bölgəsinin problemlərini yaxşı bildiyini qeyd edib.

"Mən sizi Qafqazda baş verənlər münasibətilə təbrik etmək istərdim, sadəcə möhtəşəmsiniz. Heç bir xərc olmadığı aydındır. Tənqidlər olacaq. Ancaq qırğının dayanması böyük ölçüdə Rusiya sayəsindədir. Prinsipcə, yolun başlanğıcında olsaq da, Qafqazdakı münasibətləri normallaşdırmaq üçün bu uzun yola başlamışıq, bu, çox müsbət və yaxşı bir işarədir. Bu mövqeyə sadiqik", - dövlət başçısı bəyan edib.

A.Lukaşenko Qafqaz bölgəsinin problemlərini Rusiya, Ermənistan və Azərbaycan rəhbərliyi ilə müzakirə etdiyini xatırladıb.

Zümrüd

Mənbə: publika.az