Gürcüstanda epidemioloji vəziyyətin pisləşməsi ilə bağlı komendant saatı tətbiq ediləcək

Gürcüstanda epidemioloji vəziyyətin pisləşməsi ilə bağlı komendant saatı tətbiq ediləcək

Gürcüstanda epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq ölkə ərazisində noyabrın 28-dən yanvarın 31-dək sərbəst hərəkət saat 21:00-dan 05:00-dək məhdudlaşdırılıb.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, müvafiq qərar Gürcüstan Baş nazirinin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurası tərəfindən qəbul edilib.

Sərbəst hərəkətə gətirilən məhdudiyyətə yalnız yeni il bayramı ilə əlaqədar olaraq dekabrın 31-dən yanvarın 6-dək icazə veriləcək.

Gürcüstan Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən, noyabrın 28-dən yanvarın 31-dək ölkə ərazisində dəmiryolu, avtobus və mikroavtobuslarla müntəzəm sərnişin daşımalarına da məhdudiyyət tətbiq ediləcək.

Məhdudiyyətin taksi fəaliyyətinə şamil edilmədiyi bildirilib.

Mənbə: apa.az