Rusiya nümayəndəsi terrorçuların güclənməsinə icazə verməyəcəklərini vurğuladı

Rusiya nümayəndəsi terrorçuların güclənməsinə icazə verməyəcəklərini vurğuladı

Eastnews.org-un verdiyi xəbərə görə, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenziya qərb ölkələrini Suriyaya görə tənqid edib.

Vasili Nebenziya açıqlamasında bildirib ki, qərb ölkələrinin Suriyanın qanuni hökumətini devirmək üçün atdığı addımlar beynəlxalq hüquqa ziddir.

"Onlar bu yolda çox böyük xərclər çəkirlər. Bəzi hallarda terrorçuları dəstəkləməkdən belə çəkinmirlər", - deyə Vasili Nebenziya diqqətə çatdırıb.

O.qeyd edib ki, Rusiya terrorçuların yenidən güclənməsinə icazə verməyəcək.

 

Mənbə: eastnews.org