HƏMAS rəsmisi İrandan və İsrail ilə yaxınlaşan dövlətlərdən danışdı

HƏMAS rəsmisi İrandan və İsrail ilə yaxınlaşan dövlətlərdən danışdı

Eastnews.org-un verdiyi xəbərə görə, Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun sədr müavini Saleh əl-Aruri İran İslam Respublikası ilə bağlı açıqlama verib.

Saleh əl-Aruri açıqlamasında bildirib ki, İran İslam Respublikası hər zaman müqavimət cəbhəsini dəstəkləyib.

Sədr müavini İsrail rejimi ilə normallaşma həyata keçirən dövlətləri qınayıb.

"Sionist rejimlə əlaqələri normallaşdırmaq Fələstin xalqına qarşı çox təhlükəli addımdır. Bu addımların hər biri cəzalandırılacaq", - deyə Saleh əl-Aruri diqqətə çatdırıb.

 

Mənbə: eastnews.org