Tramp "Rusiya casusu"nu əfv etdi

Tramp "Rusiya casusu"nu əfv etdi

ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri, general Maykl Flinni əfv edib.

Cebhe.info-nun məlumatına görə, ABŞ Prezidenti bu barədə özünün “Twitter” hesabında yazıb.

Xatırladaq ki, Flinn 2017-ci ilin yanvar ayında təyin olunduqdan bir neçə həftə sonra, Rusiya səfiri Sergey Kislyakla telefon danışıqları barədə vitse-prezidentə səhv məlumat verdiyinə vəzifəsindən çıxarılıb.

Flinn daha sonra bu söhbətlərlə bağlı həqiqətləri, xüsusilə də sanksiyaları müzakirə etdiklərini və Rusiyanın seçkilərə müdaxiləsini araşdıran Federal Təhqiqat Bürosunun əməkdaşlarından gizlətdiyini etiraf edib.

Buna görə M. Flinnə qarşı cinayət işi açılmışdı. ABŞ-ın xüsusi prokuroru Robert Müller isə məhkəməyə Prezident Trampa keçmiş müşavirini həbs cəzası ilə cəzalandırmamağı tövsiyə edib.

Prokurorluq Flinnin 2016-cı il ABŞ seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı müstəntiqlərə qiymətli məlumatlar verdiyini bildirib.

Müşfiq Abdulla

Mənbə: cebhe.info