Yaponiyanın Çindəki yeni səfiri koronavirusa görə 2 həftə karantinə cəlb olunub

Yaponiyanın Çindəki yeni səfiri koronavirusa görə 2 həftə karantinə cəlb olunub

Yaponiyanın Çinə yeni təyin olunmuş səfiri Hideo Tarumi koronavirus pandemiyası ilə əlaqədar 2 həftəlik karantinə cəlb olunub.

Bu barədə Yaponiyanın Pekindəki səfirliyi məlumat yayıb. Bildirilir ki, səfir noyabrın 26-da Yaponiyadan Çinin Çindao şəhərinə gəlib. Hava limanında COVID-19 testindən keçən diplomat və həyat yoldaşı səfirliyin avtomobili ilə birbaşa Pekindəki iqamətgahına gələrək, 2 həftəlik karantin dövründə özünütəcrid vəziyyətində yaşayacaqlar. Səfirin aşpazı isə Çindao şəhərindəki xüsusi ayrılmış mehmanxanada 2 həftə karantinə cəlb olunub.

Qeyd edək ki, Çində qüvvədə olan qaydalara əsasən, xaricdən gələn hər bir şəxs 2 həftəlik karantin dövrünü özünütəcrid vəziyyətində keçirməlidirlər. Bu, xaricdən virus axınının qarşısını almaq məqsədi daşıyır.

Mənbə: banker.az