Fransa Senatının Qarabağ qətnaməsi tövsiyə kimi də qalacaq – Rusiyalı senator

Fransa Senatının Dağlıq Qarabağ ilə bağlı qətnaməsi əsasən Paris və Ankaranın fikir ayrılıqları ilə diktə olunub, qətnamə Fransa hökuməti üçün tövsiyə olaraq qalacaq.

Avropa.info xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri Konstantin Kosaçev deyib.

"Nə qədər paradoksal görünsə də, Fransa Senatının qərarının nəinki Dağlıq Qarabağ, bütün fransız həmkarlarımızın səmimi emosiyaları ilə, həm də Türkiyə ilə bağlı olduğuna şübhəm var" - Kosaçev bildirib.

Onun sözlərinə görə, son həftələr ərzində Fransa-Türkiyə münasibətləri bir sıra səbəblərdən, o cümlədən faciəvi hallar üzündən demək olar ki, sıfır səviyyəsinə düşmüş, iş yüksək səviyyədə təhqiramiz ifadələr mübadiləsinə gedib çıxmışdır.

"Eyni zamanda, Türkiyənin ATƏT-in Minsk qrupunun üzvü olmaqla yanaşı Dağlıq Qarabağla bağlı açıq-aşkar Azərbaycanın tərəfini tutduğu məlumdur. Və bu vəziyyətdə Fransa cəmiyyətində ənənəvi erməni yönlü rəğbət hisləri fransalı siyasətçilərin beynəlxalq aləmdə Türkiyəyə qarşı yığılıb qalmış qıcığı üst-üstə düşmüş oldu" - senator hesab edir.

Kosaçevin fikrincə, Senatın yekdilliklə tutduğu mövqe Fransanın da siyasətdə kəskin addımlara hazır olduğunu nümayiş etdirməkdir, lakin göstərişdən uzağa getmir.

Avropa.info

ƏVVƏLKİ XƏBƏR

Ağlagəlməz olay: Qadın illərdir yaşadığı evdə elə şey tapdı ki... - FOTOLAR

SONRAKI XƏBƏR

Qətərin dövlət əmiri Türkiyədə rəsmi səfərdədir