"Bundan sonra Fransa həmsədr kimi fəaliyyət göstərə bilməz..."

Deputat Vahid Əhmədov “Əmanətlərin tam sığortalanması haqqında” qanun layihəsinin müddətinin daha 1 il uzadılmasını təklif edib.

Deputat qeyd edib ki, bu qanun layihəsinin müddəti dekabrın 4-də bitir:

“Hazırda işğaldan azad edilmiş ərazilərdə iqtisadi layihələr həyata keçiririk. Bundan əlavə, ölkədə pandemiya tüğyan edir. Buna görə də, həmin qanun layihəsini 1 il müddətinə uzatmalıyıq. Bildiyimə görə, sabah Maliyyə Sabitliyi Şurasının iclası keçirilməldiir. Cənab Baş nazirdən xahiş edirəm ki, qanunun müddətinin uzadılmasıyla bağlı Prezident qarşısında məsələ qaldırsın. Əmanətlərin tam sığortalanmasının uzadılmaması sonradan problem yaradar”.

Qeyd edək ki, bu gün parlamentin iclasında Fransa Senatının bədnam anti Azərbaycan qətnaməsi müzakirəyə çıxarılıb və Fransaya etiraz bəyanatı qəbul olunub. Müzakirələrdə deputatlar Fransa Senatının beynəlxalq hüquqa meydan oxumasına sərt mövqe sərgiləyiblər. Vahid Əhmədov da çıxış üçün söz alaraq Fransa Senatının beynəlxalq hüquqa meydan oxuyan qətnamə layihəsinə ötən iclasda sərt münasibət bildirdiyini qeyd edib, parlamentin qəbul edəcəyi bəyanatı dəstəklədiyini və fürsətdən istifadə edərək “Əmanətlərin tam sığortalanması haqqında” qanunun müddətinin başa çatmasından cəmiyyətin narahatlığını ifadə edib.

Yeri gəlmişkən, parlamentin noyabrın 20-də keçirilən iclasında Vahid Əhmədovun Fransa Senatının gündəliyinə çıxarılan həmin bədnam layihə barədə çıxışını da oxuculara təqdim edirik:

"Hörmətli Sədr, hörmətli millət vəkilləri. Əlbəttə, mən belə hesab edirəm ki, bir sıra dövlətlər noyabrın 10-da imzalanmış bəyanatı qəbul etmək istəmirlər. Çünki dövlət başçısı öz soyasi iradəsini ortaya qoyaraq bu bəyanatı imzaladı və bir daha dünyaya sübut etdi ki, Azərbaycan qalib dövlətdir. Ermənistan faktiki olaraq hərbi kapituliyasiya uğrayıb. Fransa kimi dövlət tarix boyu həmişə Ermənistanın yanında olub. İstər soyqırım vaxtları, istər digər məsələlərdə Ermənistanı müdafiə edir. Bu gün də Fransada olan 20 deputatın müraciəti, ondan sonra Fransa merinin bununla əlaqədar bu məsələni xatırlaması, onun da müavini bilirsiniz ki, erməni xanımdır. Sarkisyanla bir neçə dəfə görüşmələri və sair bu aydın göstərir ki. Fransa həmsədr kimi fəaliyyət göstərə bilməz. Çünki onun tərəfi birtərəfli mövqedir. Mən çox xahiş edərdim ki, Səməd Seyidovdan, bizim həmkarımızdan, ümumiyyətlə bununla əlaqədar xüsusi bir bəyanat Milli Məclis qəbul etsin. Fransanın həmsədrlikdən kənarlaşdırılması ilə əlaqədar olaraq. Çünki həmsədr olan dövlət bir tərəfli mövqe tuta bilməz. Mən burada deyilən bütün fikirlərlə razıyam. Amma biz ciddi işlərə aparmalıyıq ki, Fransa bu işlərdə müdaxilə edə bilməsin. omun əsas məqsədi ATƏT-in Minsk Qrupunu canlandırmaqdan ibarətdir. Əgər belə bir hal baş verə bilərsə onda biz də Türkiyənin ora daxil olmasını mütləq tələb etməliyik. Hesab edirəm ki, dövlət başçısı necə öz siyasi iradəsini ortaya qoyubsa, Milli Məclis də öz siyasi iradəsini ortaya qoyaraq bu məsələlərdə daha qəti mövqe tutmalıdır.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Qətərin dövlət əmiri Türkiyədə rəsmi səfərdədir

SONRAKI XƏBƏR

Əsgərlərimiz BU MAHNINI elə ifa etdilər ki... -VİDEO