Sabiq briqada komandiri Kəlbəcər və Laçınla bağlı danışdı

"Kəlbəcər Ermənistanla ən uzun sərhədi olan rayondur. Kəlbəcərə nə qədər hərbçi göndərmək Azərbaycanın daxili işidir".

BAKU.WS xəbər verir ki, bu sözləri ehtiyatda olan polkovnik, sabiq briqada komandiri Şair Ramaldanov bildirib.

Hərbi ekspertin sözlərinə görə, hansı ərazilərdə hərbi hissə yerləşdirmək və hansı qüvvələri ora göndərmək planlı şəkildə olan vəziyyətə görə qəbul edilmiş qərarlardır. Hərbçilərimiz Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev tərəfindən təsdiq edilmiş plan üzrə yerləşdirilib.

Kəlbəcərdən sonra Laçının təhvil verilməsi baş tutacaq. Laçına Kəlbəcərin cənubundan - Füzuli və Cəbrayıl isitqamətindən və Laçın dəhlizindən daxil olmaq mümkündür. Azərbaycan Ordusunun Laçına hansı istiqamətdən daxil olacağı maraqla qarşılanır. Bu sualı da cavablandıran sabiq briqada komandiri deyib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü tam bərpa olunub:

"Buna görə, Azərbaycan Respublikasının sərhəd çərçivəsində bütün yollardan istifadə etmək bizim haqqımızdır. Hansı yol lazım olacaqsa, ondan istifadə ediləcək.

Laçın dəhlizi həm Azərbaycan, həm də ermənilər üçün açıq dəhlizdir. Azərbaycan Silahlı Qüvvələri təbii ki, həmin yoldan istifadə edəcək. Sadəcə həmin yola təhlükəsizlik və nəzarəti Rusiya sülhməramlıları təmin edəcək".

 

Bizi telegramda izləyin:

https://t.me/aqreqator_resmi

 

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

"Azərbaycanın Fransaya diplomatik kanallar vasitəsilə təsir etmək imkanları var"

SONRAKI XƏBƏR

Ermənistanın məğlubiyyətini həzm etməyən ölkə