Leonid Mleçin: "Fransa Qarabağdakı diplomatik məğlubiyyətinin acısını çıxarır"

Leonid Mleçin: "Fransa Qarabağdakı diplomatik məğlubiyyətinin acısını çıxarır"

“Qarabağda 15 gündür qan axmır, insanlar ölmür. Ən böyük qələbə budur. Bu, sivilizasiyanın qələbəsidir, təkcə Azərbaycanın yox. Silahlar susub. Amma diplomatik savaş gedir. Qarabağ sülhündə payı olmayanlarla regionda yeni nüfuz sahibi olanlar arasında savaş hələ yeni başlayıb. Çünki Fransa diplomatisyası Qarabağda uduzdu, Türkiyə isə revanş götürdü”.

KONKTER.az xəbər verir ki, bu sözləri tarixçi, yazıçı Leonid Mleçin “Exo Moskva”nın efirindən səsləndirib. O deyib ki, ”10 noyabrda danışıqlardan kənarda qalan Emmanuel Makron məğlubdur, dolayısı ilə anlaşmaya qatılan və Qarabağa öz sülhməramlılarını göndərən Rəcəb Tayyib Ərdoğansa qalibdir. Sual oluna bilər ki, bu hesabla ABŞ da məğlub olanlar cərgəsindədir. Xeyr, hamı bilir ki, ABŞ Qarabağ münaqişəsinə heç vaxt ciddi yanaşmayıb. Amma Fransa hökuməti, xüsusilə də, Emmanuel Makron gecə-gündüz yatmırdı.Gah Moskvaya, gah Bakıya, gah İrəvana, gah da digər Avropa dövlətlərinə zəng edirdi. Çalışırdı ki, əvvəlki status-kvo saxlanılsın. Amma Makron bunu bacarmadı. Regionda nüfuzunu itirdi və yaxud öz yerini məcburən Türkiyəyə verdi”.

Tarixçi daha sonra deyib ki, ”Noyabrın 25-də Fransa Senatında qəbul edilmiş qərar da bu məğlubiyyətin acısından doğub. Qərar Azərbaycanın ərazi bütövlüyünə təhdid kimi görünsə də, əslində Türkiyəyə qarşı bir hədədir. Amma nəticəsi olmayacaq bir hədədir”

Surxay Atakişiyev,

 

Mənbə: konkret.az