Çin və Rusiyanın şirkətlərinə sanksiya tətbiq olundu – İrana nüvə məsələsində kömək ediblər

ABŞ administrasiyası Çin və Rusiyaya məxsus 5 iri şirkətə qarşı sanksiyalar tətbiq edib, həmin şirkətlərin adları sanksiyalar siyahısına əlavə olunub.

Bu barədə ABŞ Dövlət Departamentinin İran üzrə xüsusi nümayəndəsi Elliot Abrams məlumat verib. O bildirib ki, bu şirkətlər İranın nüvə proqramının inkişafına yardım etməkdə və sanksiya rejimini pozmaqda ittiham edilib.

E.Abrams bəyan edib ki, ABŞ administrasiyasının İrana qarşı yürütdüyü siyasət 2021-ci ilin yanvarın 20-dək davam edəcək.

Qeyd edək ki, Donald Trampın ABŞ-da prezidentlik müddəti yanvarın 20-də başa çatır və hakimiyyət yeni seçilən Prezident Co Baydenə təhvil veriləcək.

İran mətbuatında dərc olunan materialların təhlili onu deməyə əsas verir ki, rəsmi Tehran yeni Prezidentin İrana qarşı sanksiyalar siyasətini yumşaldacağına ümid edir.

ABŞ mətbuatında siyasi ekspertlərin bu barədə fikirlərinə də geniş yer ayrılıb. Onlar hesab edirlər ki, D.Trampın İranla bağlı siyasəti səmərəli olmayıb və fiaskoya uğrayıb.

Banker.az

ƏVVƏLKİ XƏBƏR

AzTU-nun 70 illiyinə həsr olunan konfrans keçirilib

SONRAKI XƏBƏR

Foxconn “Apple” məhsulları istehsalının bir hissəsini Çindən köçürəcək