Pakistandan cinsi təcavüzə qarşı SƏRT QANUN - “Bu üsulla xədim edilsin”

Pakistanda cinsi təcavüz cinayəti törədənlər kimyəvi üsullarla xədim ediləcəklər.

Yenicag.az Pakistan mediasına istinadla xəbər verir ki, ölkənin baş naziri İmran Xan cinayəti sübuta yetirilmiş təcavüzçülərin xədim edilməsi ilə bağlı qanun layihəsini əsas olaraq, təsdiq edib.

Baş nazir bu qanun sayəsində vətəndaşlar üçün təhlükəsiz mühit yaranacağına ümid etdiyini vurğulayıb.

İmran Xan qanunda nəzərdə tutulan cəzaların tətbiqi prosesinin ciddi şəkildə izləniləcəyini də qeyd edib.

 

Yenicag.az

ƏVVƏLKİ XƏBƏR

Tankda yanan qazimiz ƏMƏLİYYAT OLUNDU

SONRAKI XƏBƏR

AzTU-nun 70 illiyinə həsr olunan konfrans keçirilib