Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Qarabağı müzakirə ediblər

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Yens Stoltenberg telefonla regional gündəmin aktual məsələlərini müzakirə edib.

Bu barədə “Anadolu” Agentliyi Ankaradakı diplomatik mənbələrə istinadla xəbər yayıb.

Məlumata görə, müzakirələr zamanı Çavuşoğlu və Stoltenberg Dağlıq Qarabağdakı vəziyyətə də toxunublar.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

AzTU-nun 70 illiyinə həsr olunan konfrans keçirilib

SONRAKI XƏBƏR

Foxconn “Apple” məhsulları istehsalının bir hissəsini Çindən köçürəcək