Ermənilər Azərbaycanlılarla bərabər yaşayacaqlar ? – Millət Vəkili

Ermənilər Azərbaycanlılarla bərabər yaşayacaqlar ? – Millət Vəkili

“Azərbaycan xalqı tolerant xalqdır. Azərbaycanda yaşayan bütün millətlər bizimlə birgə bərabər hüquqla yaşayıblar”.

Bu fikirləri Xeberoxu.az-a açıqlamasında millət vəkili Ramin Həsən bildirib.

“Əgər ermənilər Azərbaycan respublikasının qanunlarına riayət olunarsa , bütün vətandaşlarımıza verilən hüquqları onlar da bizim kimi qəbul edərlərsə, qanunlarımızdan kənara çıxmazlarsa, separatizm meyillərinə yönəlməzlərsə, həmçinin dövlətin verdiyi bütün imtiyaz və imkanlardan yalnız qanun çərçivəsində istifadə edərlərsə, o zaman problem olmayacaq. Bu səbəbdən ciddi bir sistem formalaşdırılmalıdır. Cənab İlham Əliyev dəfələrlə çıxışlarında da Azərbaycanın xoş niyyətli mövqeyinin olduğun qeyd edib. Bu bizdən çox ermənilərə lazımdır. Hətta bizim vətandaşlarmız kimi eyni aktlara malik olmalıdırlar. Onlar da Azərbaycan respublikasının şəxsiyyət vəsiqəsini və vətandaşlığını almalıdırlar. Respublikamızın tərkibində necə rus, gürcü və s millətlər yaşayır, onlar da elə yaşaya bilərlər”.

Mənbə: www.xeberoxu.az