Qarabağ savaşı Qazaxıstanı hərəkətə keçirdi – Türkiyəyə kritik səfər

Qarabağ savaşı Qazaxıstanı hərəkətə keçirdi – Türkiyəyə kritik səfər

Bir çox ölkələr Suriya, Liviya və nəhayət, Dağlıq Qarabağda tarixi uğur qazanan Türkiyə Pilotsuz Uçan Aparatlarına (PUA) maraq göstərir.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Haber7” saytı yazıb.

Məlumatda qeyd edilir ki, Ermənistan-Azərbaycan münaqişəsinin axarını dəyişdirən türk dronlarına maraq günbəgün artır.

Türkiyə Müdafiə Nazirliyi Qazaxıstandan gələn bir heyətin PUA-ları araşdırmaq ölkədə üç gün qalacağını açıqlayıb. Türkiyədə PUA bazasına baş çəkən nümayəndə heyəti dronların əməliyyat qabiliyyətini yaxından görmək fürsəti tapıb.

Qeyd edilib ki, Dağlıq Qarabağda müharibənin tarazlığını dəyişən türk dronlarını dünyada almaq istəyənlərin sayı artır.

 

Mənbə: teleqraf.com