Tofiq Zülfüqarov: "Hesab edirəm ki, bu cür sənədə ciddi yanaşmaq düzgün deyil"

Tofiq Zülfüqarov: "Hesab edirəm ki, bu cür sənədə ciddi yanaşmaq düzgün deyil"

“Fransa Senatının qəbul etdiyi qətnaməni mən bəyanat kimi qiymətləndirərdim”

KONKRET.az xəbər verir ki, bu fikirləri sayta açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov vurğulayıb: “Biz diqqətlə fikir versək, görərik ki, qətnamədə təkcə qondarma Dağlıq Qarabağın tanınması yox, hətta 1994-ci ildə formalaşmış təmas xəttinin sərhəd kimi tanınması da var. Fransa istəyir ki, Azərbaycan azad etdiyi əraziləri yenidən ermənilərə geri qaytarsın və bununla da 1994-cü ildəki sərhədi bərpa etsinlər. Bu cür sənədə ciddi yanaşmağın özü hesab edirəm ki, düzgün olmazdı.

Bu, doğurdan da siyasi oyunu özündə birləşdirən sənəddir. Bu qətnamə nəinki Azərbaycan qanunlarına, hətta dünya birliyinin mövqeyinə tamamilə ziddir. Fransanın dövlət rəsmiləri belə bu cür qərarı qəbul etmir. Düşünürəm ki, bu, sadəcə korrupsiyaya uğramış və erməni diasporunun təsiri altında olan senatorlarun qəbul etdiyi mənasız qərarlar vermək cəhdidir. Bu sənəd sadəcə kağız parçasından başqa bir şey deyil”.

 

Mənbə: konkret.az