“Senatorların Qarabağla bağlı qərarı ikiüzlülükdən başqa bir şey deyil" Mixail Şeremet

“Senatorların Qarabağla bağlı qərarı ikiüzlülükdən başqa bir şey deyil" Mixail Şeremet

Duma Fransanı lağa qoydu

Dövlət Duması Qarabağdan sonra Fransaya Krımın statusunu tanımağı təklif edib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, Krım bölgəsindən Dövlət Dumasına seçilmiş millət vəkili Mixail Şeremet Qarabağla bağlı qətnamədən sonrakı məntiqi ardıcıllıqla Fransaya növbəti addımın kimi Krımın statusunun tanınması olduğunu söyləyib.

RİA Novosti yazır ki, çərşənbə günü Fransa Senatı mütləq səs çoxluğu ilə ölkə hökumətini Dağlıq Qarabağı tanımağa çağıran bir qərar qəbul edib. Sənəd məsləhət xarakterlidir.

“Fransız səlahiyyətliləri həqiqətən insanların seçimi və öz müqəddəratını təyin etməsi ilə maraqlanırsa, demokratik dəyərlərə və digər xalqların istəklərinə hörmətlə yanaşma mövqeyi həqiqətən səmimi deyilsə, düşünülmüş bir siyasi oyun deyilsə, o zaman Dağlıq Qarabağın müstəqilliyinin tanınması Krımın Rusiya statusunu tanıyan bir qərar qəbul edilməlidir. Gecikmiş olsa da, ancaq bu məntiqi bir addım olacaq. Əks təqdirdə Fransız senatorların Qarabağla bağlı qərarı ikiüzlülükdən başqa bir şey deyil", deyə Şeremet RİA Novosti-yə bildirib.

Agentliyin həmsöhbəti hesab edir ki, Fransa Senatının Qarabağla bağlı qərarı Türkiyədən fərqli olaraq geosiyasi problemlərin həlli üçün təsdiqlənmiş "siyasi oyun" dur.

Mənbə: sia.az