Türkiyədə sui-qəsdçilərə hökm oxundu - Hərbçilərin çoxu ömürlük cəzalandırılıb

Türkiyədə sui-qəsdçilərə hökm oxundu - Hərbçilərin çoxu ömürlük cəzalandırılıb

Türkiyədə 2016-cı ilin uğursuz çevriliş cəhdinə görə 500-cən şəxsə hökm oxunub. Onlarla təqsirləndirilən ömürlük cəzaya məhkum edilib. Bu haqda “Reuters” yazıb.

Ömürlük cəzaya məhkum edilənlər əsasən ordu komandanlığının təmsilçiləri, 15 iyul gecəsi hökumət obyektlərinə zərbə endirmiş pilotlardır.

“Anadolu” agentliyinin məlumatına görə, ömürlük həbs cəzası alanlar sırasında keçmiş polkovnik, Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) komandanlığının katibi olmuş Veysel Kavak da var. Ona 79 il həbs cəzası kəsilib. HHQ-nın keçmiş mayoru Əli Qarabulut və keçmiş hərbi pilot Hüseyn Türk də oxşar cəzaya məhkum ediliblər.

Ömürlük həbs Türkiyə məhkəmələrinin kəsdiyi ən ağır cəzadır, bu şəxslərin nə vaxtsa həbsdən çıxmaq şansları yoxdur.

Məhkəmə çevriliş cəhdi işinin bir epizodu üzrə ittihamlara baxırdı. Söhbət Ankara yaxınlığında Akıncı aviabazasının tutulmasından gedir. O zaman Prezident Rəcəp Tayyip Ərdoğana loyal komandirləri, eləcə də indiki müdafiə naziri Hulusi Akar girov götürülmüşdülər. Çevriliş cəhdi yatırdılandan sonra onlar azad ediliblər.

Hava qüvvələrinin keçmiş komandiri Akin Öztürk və Akıncı bazasında digər vəzifəlilər çevriliş cəhdini idarə etməkdə, parlament daxil olmaqla hökumət binalarını bombalamaqda, Ərdoğanı öldürmək cəhdində ittiham olunublar.

 

Mənbə: azpolitika.info