"Fransada anlayırlar ki, bu qərarın Dağlıq Qarabağadakı erməni icmasına heç bir xeyri olmayacaq"

"Fransada anlayırlar ki, bu qərarın Dağlıq Qarabağadakı erməni icmasına heç bir xeyri olmayacaq"

Fransa Senatının qondarma Dağlıq Qarabağ Respublikasını tanınması ilə bağlı qərarını Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev oxucularımıza şərh edir.

Qeyd etmək istəyirəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi de-yuri və de-fakto 10 noyabr 2020-ci il tarixli məlum sənədlə öz həllini tapmışdı. Bu münaqişə həm beynalxalq hüquq baxımından, həm hərbi baxımdan, həm də siyasi baxımdan köklü şəkildə yoluna qoyulmuşdur. Münaqişənin bu cür sonluqla başa çatmasını, siyasi reallıq baxımından beynəxalq təşkilatlarla yanaşı, demək olar ki, bütün dünya dövlətləri qəbul etməkdədirlər. Artıq dünya ictimaiyyəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi bir problemi tarixin arxivinə göndərməkdədir. Belə bir zamanda Fransa kimi oturuşmuş, beynalxalq qanunlardan xəbərdar, siyasi və hərbi reallığı analiz etmək imkanlarına malik bir dövlətin Senatının qondarma Dağlıq Qarabağ respublikasının tanınması ilə bağlı qərar verməsi təsadüfi və ya kor təbii deyil. Əvvala, Senatın müzakirəsində Azərbaycanla bağlı səsləndirilən fikirlərin, arqumetlərin heçbir əsası yoxdur, beynəlxalq hüquq baxımından perspektivi olmayan bir qərqrdı. Fransada gözəl anlayırlar ki, bu qərarın Dağlıq Qarabağadakı erməni icmasına müsbət mənada heç bir xeyri olmayacaq, Belə olan təqdirdə Fransa Senatı bu cürə addımı niyə atdı? Xatırlatmaq istəyirəm ki, Ermənistan cəmiyyətində belə bir fikir formalaşdırılıb ki, məğlub olmaqlarının əsas səbəblərindən biri kimi Rusiyanın bu münaqişədə bitərəf qalması, o cümlədən hərbi əməliyyat zamanı ermənilərə dəstək verilmədiyinə görə olub. Qərbin məqsədi Ermənistanda anti-Rusiya təbliğatını gücləndirməkdir, belə ki, Fransa Senatının qondarma Dağlıq Qarabağ Respublikasının tanınması ilə bağlı qərarı ermənilərdə Qərbə sevgi, ruslara nifrət aşılamaqdır. Ola bilsin ki, yaxın vaxtlarda bəzi NATO dövlətləri də bu istiqamətdə Fransa senatına züy tutsunlar.

Mənbə: moderator.az