Bu möhtəşəm qələbə...

Ryazan şəhərindən Prezident İlham Əliyevə yazdılar

“İcazə verin, Rusiya Federasiyasının Ryazan şəhərində və vilayətində yaşayan azərbaycanlılar adından xalqımızın uzun illər gözlədiyi möhtəşəm gün, böyük Qələbə, Qarabağdakı doğma torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün tam şəkildə bərpa olunması, həmin ərazilərdə Azərbaycan Bayrağının qaldırılması münasibətilə sonsuz sevincimizi bildirək, Sizi və xalqımızı səmimi qəlbdən təbrik edək, möhkəm cansağlığı, uzun ömür, yeni-yeni uğurlar və qələbələr arzulayaq.

Hamıya bəllidir ki, bu möhtəşəm Zəfər Sizin müdrikliyiniz, möhkəm əzm və qətiyyətiniz, böyük diplomatik uğurlarınız, Azərbaycan Ordusunun yenilməzliyi, zabit və əsgərlərimizin igidliyi, cəsarəti, habelə xalqımızın milli birliyi və öz rəhbərinə sonsuz inamı nəticəsində əldə edilmişdir.

...Qoy böyük Yaradan Sizi və xalqımızı daim qorusun, bizə yeni zəfərlər və uğurlar bəxş etsin!

Qələbəmiz əbədidir, Qarabağ Azərbaycandır!”

Bu fikirlər Rusiya Federasiyasının Ryazan şəhərində və vilayətində yaşayan azərbaycanlılar adından Dünya Azərbaycanlıları Milli Birliyinin Rusiya və MDB ölkələri üzrə nümayəndəsi, Ryazan vilayətindəki Azərbaycan diasporunun sədri Əliyev Elşən tərəfindən Prezident İlham Əliyevə ünvanlanan müraciətdə öz əksini tapıb.

Baki-xeber.com

Bakixeber.com

ƏVVƏLKİ XƏBƏR

Bütün xalq çağırışınıza səs verdi - Abel Məhərrəmovun Prezident İlham Əliyevə məktubu...

SONRAKI XƏBƏR

“Fransa senatının mövqeyi Ermənistana “ayı xidməti”dir”-Deputat