Bütün xalq çağırışınıza səs verdi - Abel Məhərrəmovun Prezident İlham Əliyevə məktubu...

“Komandanlığınızla rəşadətli Ordumuz tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi və möhtəşəm Qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Sizə və rəhbərliyinizlə bütün xalqımıza daha böyük qələbələr arzulayıram.

Sizin adınız bu qələbə tarixinin baş səhifəsinə qızıl hərflərlə yazılıb. İşğal altında olan müqəddəs torpaqlarımızın, xüsusən də Qarabağın ürəyi olan Şuşa şəhərinin 28 illik düşmən tapdağından azad edilməsi üçün göstərdiyiniz dəyanət, iradə və qətiyyətə görə Sizə ürəkdən təşəkkür etmək istəyirəm. Bütün azərbaycanlılar kimi, mən də ulu öndər Heydər Əliyevin müqəddəs vəsiyyətlərini şərəflə həyata keçirmiş çox müdrik və cəsarətli rəhbərimizlə fəxr edirəm. Doğma torpaqlarımızın azad edilməsi, 30 il davam edən işğala son qoyulması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi xalqımızın min illik tarixinin ən mühüm hadisəsidir. Cəmi 44 gün davam edən müharibədə Azərbaycan Sizin yüksək idarəçiliyiniz, dəyanətiniz, qətiyyətinizlə birləşdi, beynəlxalq səviyyədə bəyan etdiyiniz “Qarabağ Azərbaycandır!” kəlməsi xalqımızın ədalət uğrunda müqəddəs savaşının ideya əsası, qələbəyə səsləyən lider çağırışı oldu. Bütün xalq bu çağırışa səs verdi və o, qələbəmizin əsasına çevrilən milli birliyimizi və həmrəyliyimizi formalaşdırdı. Ali Baş Komandan kimi Sizin böyük sərkərdəlik məharətinizlə idarə olunan Silahlı Qüvvələrimiz doğma torpaqlar uğrunda hər cür fədakarlığa və qəhrəmanlığa hazır olduğunu göstərdi və möhtəşəm qələbələr əldə edərək dünya hərb tarixinə yeni səhifələr yaza bildi.

...Bütün həyatını elmə və təhsilə həsr etmiş sıravi vətəndaş kimi düşünürəm ki, Qarabağın döyünən ürəyi olan doğma Şuşada Universitetin açılması gördüyünüz böyük işlər sırasında əlamətdar hadisə olardı. Mədəniyyətimizin və ziyalılığımızın beşiyi olan bu gözəl şəhəri həm də regionun elm-təhsil mərkəzinə çevirməklə bütün dünyaya Azərbaycan xalqının nəcibliyi haqda daha bir mesajımızı verərdik. Düşünürəm ki, bu ideyanı reallaşdırmaq üçün mən də daxil olmaqla bütün ziyalılarımız öz qüvvə və bacarığını sərf etməyə hazır olar.

Bütün sahələrdə qələbə Azərbaycanladır! Qarabağ Azərbaycandır!”

Bu fikirləri Prezident İlham Əliyevə müraciətində Abel Məhərrəmov qeyd edib.

Baki-xeber.com

Bakixeber.com

ƏVVƏLKİ XƏBƏR

73 yaşlı binəqədili xanım Səmayə Quliyeva İlham Əliyevə müraciət etdi…

SONRAKI XƏBƏR

Bu möhtəşəm qələbə...