“Fransa senatının mövqeyi Ermənistana “ayı xidməti”dir”-Deputat

“Fransa senatının mövqeyi Ermənistana “ayı xidməti”dir”-Deputat

Məlum olduğu kimi, Fransa senatı Dağlıq Qarabağda qondarma rejimin tanınması ilə bağlı tövsiyyə xarakterli sənəd qəbul edib. Artıq Azərbaycan tərəfi Fransaya bu mövqeyinə görə kəskin etirazını bildirib. Azərbaycan Fransadakı səfirini geri çağırıb, Xarici İşlər Nazirliyi sərt bəyanatla çıxış edib, o cümlədən bu gün Milli Məclis də bu gün Fransaya etiraz bəyanatı qəbul edib.

Cebhe.info açıqlamasında Milli Məclisin üzvü Vüqar iskəndərov deyib ki, Fransa senatının qəbul etdiyi bu sənəd ciddi mahiyyə daşımır: "Bu sənəd hər hansı bir kağız parçasından başqa bir şey deyil.

"Heç bir hüquqi əsası yoxdur, hüquqi məhsuliyyət daşımır, tövsiyyə xarakterlidir. Fransanın tövsiyyəsi isə özlərinə lazımdır, çünki bizim ehtiyacımız yoxdur. Onlar bunu etməklə Roma papasından artıq katolik olmaq istəyirlər. Bu nonses və absurddur. Ermənistanın belə özünün tanımadığ və bu gün ümumiyyətlə, mövcud olmayan bir qurumun Fransa təfindən dəstəklənməsi absurddur”.

Millət vəkili hesab edir ki, Fransanın bu hərəkəti bizə lazım idi, çünki onların iç üzü açıldı və dünyaya özlərini ən pis, iyrənc formada biabır etdilər:

“Onlar gör nə həddə çatıblar ki, həmin gün senata beynəlxalq hüquqi dəstəkləyən deputatları dəvət etməyiblər. Bu, siyasi abırsızlığın, əxlaqsızlığın ən yuxarı həddidir.

Belə görünür ki, onların beynəlxalq hüquqdan heç bir anlayışı yoxdur. İndiyə qədər Minsk Qrupunun həmsədr ölkəsi kimi biz bilirdik ki, Fransa bu və ya digər formada Ermənistanı dəstəkləyib. Üzdə neytralığını qormağa çalışsa da, görürdük ki, konkret olaraq Ermənistana “böyük bacılıq” edirlər.

Artıq onlar bunu açıq formada göstərdilər. Doğrudur, artıq ATƏT-in Minsk Qrupunun ciddi təsiri yoxdur. Bu məsələni Rusiya öz üzərinə götürməklə Fransa və ABŞ seyirci mövqedə qaldı.

Bu da Fransanı qıcıqlandırır. Fransa hər zaman Türkiyəyə qarşı paxıllıq çəkib, çünki Türkiyə bütün zamanlarda beynəlxalq tədbirlərdə onların iç üzünü açıb.

Yəni Fransanın bu mövqeyi Ermənistana sevgi və ya dəstək məsələsi deyil, öz acığını, hikkəsini çıxmağa çalışır. Amma bu, Fransa kimi Avropada ənənəsi olan bir ölkəyə yaraşmır. Senat bu sənədi ilə Fransanı çox gülünc bir vəziyyətə qoyur. Ümid edirəm ki, orada ağlı başında olan insanlar çoxdur və onlar buna etiraz edəcəklər. Artq məlumatlar var ki, bir neçə deputat verdiyi səsi geri götürüb”.

Vüqar İskəndərov qeyd edib ki, Fransanın bu mövqeyi Ermənistana “ayı xidməti”dir:

“Belə başa düşürəm ki, özünə hörmət edən deputat, siyasətçi, dövlət adamı bu məsələyə dur deyəcək və onlar özlərini sona qədər biabır etməyəcəklər. Çünki bu məsələ Ermənistana “ayı xidməti”dir. Çünki Ermənistan Qarabağla bağlı məsələ ilə barışıb və dövlət olaraq kapitulyasiya aktını imzalayıb.

Ermənistan artıq düşdüyü ağır iqtisadi durumdan çıxış yolu axtarır. Fransa isə bu məsələni yenidən qaldırmaqla özünə siyasi mənada çox böyük ziyan vurur. İnanıram ki, bu, sonra Fransanın rəsmi mövqeyi olmayacaq. Bu məsələ elə Fransa senatında tragikomik hadisə kimi tarixə düşəcək”.

Vilayət Muxtar
Cebhe.info

 

Mənbə: cebhe.info