Körpü üstə qala - Kəlbəcər - VİDEO

Körpü üstə qala - Kəlbəcər - VİDEO

“Kəlbəcər rayonunun döyüşsüz təhvil verilməsi Azərbaycanın hərbi-siyasi uğurudur.”

Bunu REAL-a hərbi ekspert Şair Ramaldanov deyib.

O bildirib ki, Kəlbəcərin strateji baxımdan önəmi olduqca böyükdür.

Beləki rayonun relyefi müdafiə olunan tərəf üçün təbii istehkamlarla zəngindir. Məhz bu səbəbdən Kəlbəcərin bir güllə belə atılmadan Azərbaycana təhvil verilməsi ordumuzun uğurudur.

Qeyd edək ki, Kəlbəcərin təhvil verilməsi Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya dövlət başçısı Vladimir Putinin və Ermənistan baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladığı birgə bəyanata əsasən həyata keçirilib və noyabrn 25 də Kələbcər Azərbaycan ordusuna təhvil verilib.

 

Mənbə: www.realtv.az