Kapitulyasiya sənədinin gizlinləri üzə çıxır: “Hamısı Ermənistanın təslim olması ilə razılaşdı, təkcə…”

Kapitulyasiya sənədinin gizlinləri üzə çıxır: “Hamısı Ermənistanın təslim olması ilə razılaşdı, təkcə…”

“Ermənistanın kapitulyasiya sənədinə imza atacağından hökumətin digər üzvlərinin də xəbəri olub. Ancaq bir üzv buna razılaşmayıb”.

Cebhe.info xəbər verir ki, bunu Ermənistanda nəşr olunan "Qraparak" qəzeti yazıb.

Nəşrin yazıdğına görə, hökumət üzvləri sənədlə bağlı məlumatlı olmadıqlarını desələr də, hərbi-siyasi rəhbərlikdə sənəddən xəbərdar olanlar olub. Beləliklə, Baş nazir Nikol Paşinyanın sənədi imzalamaq barədə təkbaşına və gizli qərar vermədiyi üzə çıxıb.

Belə ki, imzalanmaya qədər Paşinyan bu barədə Xarici İşlər naziri Zöhrab Mnasakanyanı, Müdafiə naziri David Tonayanı, Baş Qərargah rəisi Onik Qasparyanı, baş nazirin müavini Tiqran Avinyanı, parlament spikeri Ararat Mirzəyanı, həmçinin separatçı rejimin rəhbəri Araik Arutunyanı məlumatlandırıb.

“Buna etiraz edən yeganə şəxs parlament spikeri Ararat Mirzəyan olub. O bildirib ki, erməni xalqı kapitulyasiyanı onlara bağışlamayacaq. Sənədi baş nazirin müavini Tiqran Avinyan ikiəlli dəstəkləyib. İndi o, müxalifəti təqib etməklə məşğuldur. O əmin edib ki, müharibənin bitməsi üçün sənədi mütləq imzalamaq lazımdır", -deyə qəzet yazıb.

Mənbə: cebhe.info