“Azərbaycana təslim olmağa ikiəlli razı oldular” – Erməni nəşri

“Azərbaycana təslim olmağa ikiəlli razı oldular” – Erməni nəşri

“Nikol Paşinyanın ətrafında Azərbaycana təslim aktını imzalamağa ikiəlli razı olanlar vardı”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistana nəşr olunan “Qraparak” qəzeti yazıb.

Nəşr Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış bəyannaməni “ermənilər üçün biabırçılıq” adlandırıb:

“Bəzi dövlət rəsmiləri bədnam sənəd haqqında məlumatsız olduqlarına nə qədər bəhanə gətirməyə çalışsalar da, Nikol Paşinyan üçtərəfli bəyanatı bir gecədə təkbaşına imzaladı. Buna baxmayaraq, hərbi siyasi elitada vəzifəli şəxslər var idi ki, bu sənədin məzmunu barədə əvvəlcədən bilirdilər.

İmzalamadan əvvəl Nikol Paşinyan Zohrab Mnatsakanyan, David Tonoyan, Silahlı Qüvvələrin Baş qərargah rəisi Onik Qasparyan, baş nazirin müavini Tiqran Avinyan, Milli Məclisin sədri Ararat Mirzoyan və Araik Arutyunyanı bir araya topladı və onlara məlumat verdi. Təslim aktının imzalanmasına bir qədər etiraz edən və xalqın onları bağışlamayacağı barədə xəbərdarlıq edən yeganə şəxs Ararat Mirzoyan idi.

Qəzetimizə bildirildi ki, Tiqran Avinyan ikiəlli sənədi dəstəklədi”.

Mənbə: teleqraf.com