HƏMAS rəsmisi Suriya hücumuna görə Pompeonu ittiham etdi

HƏMAS rəsmisi Suriya hücumuna görə Pompeonu ittiham etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Fələstinin HƏMAS hərəkatının mətbuat katibi Hazim Qasim İsrail rejiminin Suriyanın Qunaytra qəsəbəsinə hücumuna münasibət bildirib.

Hazim Qasim açıqlamasında vurğulayıb ki, İsrail rejiminin Suriyaya hücumu vandallıq və düşmənlikdir.

"Onlar beynəlxalq hüququ pozurlar. İsrail rejimi beynəlxalq səviyyədə cəzalandırılmasa, hücumlar da dayanmayacaq", - deyə Hazim Qasim diqqətə çatdırıb.

HƏMAS rəsmisi qeyd edib ki, son hücum ABŞ Xarici İşlər naziri Mayk Pompeonun birbaşa tapşırığı ilə reallaşdırılıb.

Mənbə: eastnews.org