Avropa Parlamentinin üzvləri Türkiyəni boykot etməyə çağırdılar

Avropa Parlamentinin üzvləri Türkiyəni boykot etməyə çağırdılar

Eastnews.org-un verdiyi xəbərə görə, Avropa Parlamentinin üzvləri Rəcəb Tayyib Ərdoğanın Şimali Kiprə son səfəri ilə əlaqədar Avropa Birliyini Türkiyəyə qarşı sanksiya tətbiq etməyə çağıran bir qərar qəbul edib.

Məcburi olmayan qərar 631 lehinə və 59 bitərəf səslə qəbul edilib. Kipr hökumətinin etirazını dəstəkləyən qətnamə AB liderlərini qanunsuz hərəkətlərinə cavab olaraq Türkiyəyə qarşı ciddi sanksiyalar tətbiq etməyə çağırır.

Bu qətnamənin qəbul edilməsinin Fransa hökumətinin gələn ay keçiriləcək AB sammitində Türkiyəyə qarşı sanksiyalar tətbiq etmək səylərini gücləndirəcəyi ehtimal olunur.

Oktyabr ayında Avropa Birliyi Kipr və Yunanıstanın Şərqi Aralıq dənizindəki "qaz qaynaqlarını istismar etmək hüquqlarını pozduğuna görə" Türkiyəyə qarşı sanksiyalar tətbiq etməklə təhdid edib.

Mənbə: eastnews.org